Business Messaging · SMS İnfrastrukturu · CPaaS

Biznes əlaqələrinin yeni nəsli.

Etibarlı mesajlaşma infrastrukturu ilə müştərilərinizə daha sürətli çatın, prosesləri avtomatlaşdırın və hər göndərişi nəticəyə çevirin.

99.8%yüksək çatdırılma
24/7texniki dəstək
Real vaxthesabat və nəzarət
</>SMS API
SMPP
OTP SMS
Toplu SMS Platforması● Online
Ümumi baxışBu gün
Göndərilən SMS245,820↑ 12.5%
Çatdırılma faizi99.8%↑ 2.1%
Aktiv sessiya12● stabil
SMS göndərişi24 saat
00:0012:0024:00
SoftLine•••
OTP kodunuz: 48273110:30
Hesabınıza 245 AZN məbləğində köçürülmə edildi.10:31
01 Yüksək çatdırılma faizi02 Təhlükəsiz inteqrasiya03 Real-vaxt hesabatlar04 24/7 dəstək xidməti
01 / Haqqımızda

Texnologiya ilə ünsiyyəti sadələşdiririk.

SoftLine Azərbaycan MMC mobil kommunikasiya və Business Messaging həlləri sahəsində ixtisaslaşmış aparıcı texnologiya şirkətidir. Mobil operatorlarla əməkdaşlıq edərək bizneslər üçün etibarlı, təhlükəsiz və yüksək performanslı mesajlaşma xidmətləri təqdim edirik.

Fəaliyyət istiqamətlərimizə SMS Gateway, Bulk SMS, SMPP Server, SMS API, OTP və bildiriş mesajları, eləcə də müasir CPaaS həllərinin tətbiqi daxildir.

Müəssisələrə müştəriləri ilə daha sürətli, effektiv və etibarlı əlaqə qurmağa imkan verən innovativ mobil kommunikasiya texnologiyaları təqdim edirik. Hər layihəyə fərdi yanaşır, B2B sektorunda uzunmüddətli tərəfdaşlıq və yüksək xidmət keyfiyyətini əsas götürürük.

Mobil texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə bizneslərin rəqəmsal transformasiyasını dəstəkləyir, müştərilərlə əlaqəni daha güclü, çevik və nəticəyönümlü edirik.

Xidmətlərimizi kəşf edin
SOFTLINE / 2026

Etibarlı infrastruktur. Ağıllı kommunikasiya.

API + SMPPÇevik inteqrasiya
OperatorUğurlu əməkdaşlıq təcrübəsi
24/7Peşəkar texniki dəstək
Xidmət spektri

Biznes mesajlaşması üçün tam ekosistem

Bulk SMS və kütləvi göndərişSMS API inteqrasiyasıSMPP Server və GatewayOTP və autentifikasiyaMarketinq və reklam kampaniyalarıXidmət və əməliyyat bildirişləriİki istiqamətli SMSMobil marketinq həlləriKorporativ mesajlaşma platformaları

Nəyə görə SoftLine Azərbaycan?

01Etibarlı Business Messaging həlləri
02Yüksək çatdırılma və sürətli ötürülmə
03API və SMPP ilə asan inteqrasiya
04Fərdi yanaşma və peşəkar dəstək
05Müasir mobil marketinq texnologiyaları
06Miqyaslana bilən korporativ həllər
02 / Xidmətlər

Mesajdan daha çox — ölçülə bilən nəticə.

Biznes məqsədinizə uyğun xidməti seçin. Hər həll sürət, nəzarət və real nəticə üçün qurulub.

Bir neçə saniyə kifayətdir

SMS Məlumatlandırma

Müştəriləriniz, əməkdaşlarınız və biznes tərəfdaşlarınızla saniyələr ərzində əlaqə yaradın. SoftLine SMS Məlumatlandırma xidməti vacib bildirişləri avtomatik və etibarlı şəkildə çatdıraraq biznes proseslərini sürətləndirir, müştəri məmnuniyyətini artırır və əməliyyatların daha səmərəli idarə olunmasına kömək edir.

İstifadə sahələri

  • Sifarişlərin təsdiqi və çatdırılma barədə məlumatlandırma
  • Aksiya, endirim və xüsusi kampaniyaların elan edilməsi
  • Yeni filialın açılışı və ya ünvan dəyişikliyi haqqında bildirişlər
  • Tədbirlərə və görüşlərə mobil dəvətnamələrin göndərilməsi
  • Doğum günü və digər əlamətdar günlər üzrə təbrik mesajları
  • Ödəniş tarixləri və borc bildirişləri
  • İş müsahibəsi və işə qəbul üçün dəvətlər
  • İş qrafikində dəyişikliklər barədə məlumatlandırma

Niyə SMS Məlumatlandırma?

  • Mesajların saniyələr ərzində kütləvi göndərilməsi
  • Yüksək çatdırılma faizi
  • Avtomatik və planlaşdırılmış göndərişlər
  • Fərdiləşdirilmiş mesaj məzmunu
  • API və SMPP vasitəsilə sistemlərinizlə inteqrasiya
  • Real vaxt rejimində çatdırılma hesabatları
SoftLine yanaşması

Bir neçə klik, minlərlə ünvan

Bir neçə klik və ya sistem inteqrasiyası vasitəsilə minlərlə istifadəçiyə eyni anda məlumat göndərə, biznes proseslərinizi sürətləndirə və müştərilərinizlə operativ əlaqə qura bilərsiniz.

Əldə et

SMS Məlumatlandırma — ətraflı səhifə ↗

03 / Həllər

Vaxtı azalt,
səmərəni artır.

Veb platformadan yüksək sürətli SMPP bağlantısına qədər bütün mesajlaşma axınınızı bir ekosistemdə idarə edin.

WEB

Veb SMS platforması

Toplu SMS platformasında şəxsi hesabınızı aktiv edərək mesajları dərhal və ya sonrakı tarixə planlaşdırılmış formada göndərə bilərsiniz.

  • Tək SMS — bir nömrəyə fərdi mesaj
  • Siyahı — 2-dən 200 000-dək nömrəyə göndəriş
  • Excel — fayl yükləməklə 1-dən 200 000-dək alıcı
  • Qrup — əvvəlcədən yaratdığınız qruplara göndəriş
  • Balans nəzarəti, profil məlumatlarının idarəsi və avtomatik ad günü təbrikləri
DATA

Hesabatlar

Göndərilən, çatdırılan və çatdırılmayan SMS-lərin ümumi sayını, günlər üzrə dinamikanı və seçilmiş nömrəyə gedən mesajların nəticələrini izləyin.

  • Real vaxt çatdırılma statusu
  • Günlük və dövri hesabatlar
  • Nömrə üzrə detallı axtarış
  • Kampaniya nəticələrinin operativ təhlili
API

HTTPS JSON və XML API

Xəbərdarlıq, xatırlatma və informasiya məqsədli fərdi məlumatları avtomatlaşdırılmış şəkildə çatdırın. Sisteminizə və məlumat tipinə uyğun API versiyasını seçərək həm fərdi, həm də kütləvi SMS göndərin.

  • Sadə və çevik inteqrasiya
  • Fərdi və kütləvi göndəriş
  • Avtomatlaşdırılmış bildiriş axınları
  • CRM, ERP və digər biznes sistemlərinə uyğunluq
SMPP

SMPP Server

SMPP v3.4 protokolu ilə sisteminizi birbaşa SMS infrastrukturumuza qoşun və saniyədə minlərlə mesajı təhlükəsiz, sürətli və etibarlı göndərin.

  • Bind Transceiver, Receiver və Transmitter
  • Submit_SM, Deliver_SM, Enquire_Link və Unbind
  • CRM, ERP, bank, Call Center və Billing sistemləri ilə inteqrasiya
  • İstifadəçi adı və şifrə, IP Whitelisting, TLS/SSL və Audit Logs

Bütün həllər — ətraflı səhifə ↗

04 / Dəstək

Biz hər zaman yanınızdayıq.

Xidmətlərimizin fasiləsiz və etibarlı işləməsi üçün operativ texniki və konsultativ dəstək göstəririk.

İş günləriB.e. – Cümə09:00 – 18:00
Kritik texniki məsələlər24 saat / 7 günŞəxsi koordinator
Bunları bilməliSMS standartları
11

Göndərici adıDünya üzrə qəbul olunmuş standart 11 simvoldur. Nöqtə, vergül və boşluq da simvol sayılır.

160

Latın əlifbasıBir SMS 160 simvoldur. Toplu göndərişdə 306, SMPP ilə 1098 simvoladək mətn mümkündür; limit keçildikdə balansdan hissələr üzrə SMS çıxılır.

70

UnicodeAzərbaycan və rus əlifbası ilə bir SMS 70 simvoldur. Sistem 280 simvoladək mətnə imkan verir və balans hissələrə uyğun hesablanır.

Sürətli cavab Peşəkar dəstək Etibarlı xidmət
05 / Xidmətə qoşul

Layihənizi birlikdə başladaq.

Formanı doldurun, mütəxəssislərimiz qısa müddət ərzində sizinlə əlaqə saxlasın.

01

Şirkət haqqında

02

Əlaqə məlumatları

03

Xidmət və mesaj